Qarlı hava Bakı avtovağzalının işinə təsir etməyib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Azərbaycan ərazisində müşahidə edilən qarlı hava şəraitində sərnişinlərin bölgələrə çatdırılmasında çətinlik çəkməyib. Avtosfer.az xəbər verir ki, bu barədə BBAK-ın növbə rəisi Məhəmməd Abdullayev bildirib. Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar heç bir avtobus reysi təxirə salınmayıb: "Lakin əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı azalıb. Avtobus reysləri qrafik üzrə yerinə yetirilir. BBAK təhlükəsizlik tədbirləri ilə əlaqədar son reyslərini saat 18:00-da reallaşdırır".
M.Abdullayev təhlükəsiz tədbirləri çərçivəsində avtobus sürücülərinin də təlimatlandırıldıqlarını qeyd edib.
Xatırladaq ki, hava şəraiti ilə əlaqədar təhlükəsizlik nəzərə alınaraq BBAK-dan ölkənin şimal-qərb hissəsinə yerinə yetirilən avtobus reyslərinin marşrutuna dəyişiklik edilib. Avtobuslar Ağsu aşırımından keçmir. Nəqliyyat vasitələri Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Kürdəmir hissəsi ilə hərəkət edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












