Qarlı hava Bakıda aeroportun fəaliyyətinə təsir edibmi? – Rəsmi açıqlama

Azərbaycan ərazisində müşahidə olunan əlverişsiz hava şəraitinə baxmayaraq, Heydər Əliyev Beynəlxalq Hava Limanı adi rejimdə fəaliyyətini davam etdirir. Avtosfer.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib. Qeyd olunur ki, hazırda hava limanında uçuşların gecikməsi və ya ləğvi halları qeydə alınmayıb, bütün reyslər müəyyən edilmiş cədvələ uyğun həyata keçirilir. “Mövcud meteoroloji şərait müvafiq aviasiya və istismar xidmətləri tərəfindən daim və operativ şəkildə nəzarətdə saxlanılır. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün əməliyyatlar beynəlxalq aviasiya təhlükəsizliyi standartları və prosedurlarına uyğun icra olunur. Sərnişinlərin təhlükəsizliyi, rahatlığı və fasiləsiz xidmətlə təmin edilməsi Heydər Əliyev Beynəlxalq Hava Limanının əsas prioritetlərindən biridir. Sərnişinlərə reyslər barədə operativ və dəqiq məlumat almaq üçün birbaşa uçuşları həyata keçirən aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə olunur”, – deyə hava limanından bildirilib.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












