Qarlı hava səbəbindən avtobusların qrafikində gecikmələr yaranır - Bakıda

Hazırda Bakıda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar paytaxtın müəyyən hissələrində avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, yollar buz bağlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayevin "Report"a verdiyi məlumata görə, bu vəziyyət daha çox paytaxtın nisbətən yüksək ərazilərində, əsasən A.Şərifzadə küçəsi və Mətbuat prospektində müşahidə edilir.
"Bununla bağlı həmin küçə və prospektlərdə xidmət göstərən sərnişin avtobuslarının qrafikində gecikmələr yaranır. Hazırda Bakı Nəqliyyat Agentliyi sərnişin avtobuslarının fəaliyyətində yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla yanaşı, paytaxt yollarına və ictimai nəqliyyat şəbəkəsinə nəzarət gücləndirilib", - deyə M.Ağayev qeyd edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












