Qarlı hava şəraiti regionlara avtobus reyslərinə təsir etməyib - Bakıdan

Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Azərbaycanda müşahidə edilən qarlı hava şəraitində bölgələrə sərnişinlərin çatdırılmasını normal qaydada yerinə yetirir. Avtosfer.az xәbәr verir ki, bu barәdә "Report"a Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, ən çox qar müşahidə edilən Quba-Qusar bölgəsinə də sərnişin avtobusları işləyir: "Hava şəraiti ilə əlaqədar bu gün heç bir avtobus reysi təxirə salınmayıb. Bu gün digər günlərlə müqayisədə sərnişinlərin sayında artım da müşahidə edilməyib, avtobus reysləri qrafik üzrə yerinə yetirilib. Ən son reys də nəzərdə tutulduğu kimi saat 18:00-da reallaşdırılacaq".
Onun sözlərinə görə, təhlükəsiz tədbirləri çərçivəsində avtobus sürücüləri təlimatlandırılıb.
Qeyd edək ki, hava şəraiti ilə əlaqədar təhlükəsizlik nəzərə alınaraq BBAK-dan ölkənin şimal-qərb hissəsinə yerinə yetirilən avtobus reyslərinin marşrutuna dəyişiklik edilib. Avtobuslar Ağsu aşırımından keçmir. Nəqliyyat vasitələri Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir hissəsi ilə hərəkət edirlər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












