Qarlı hava sərnişin qatarlarının hərəkətinə maneçilik törətməyib
Gündəm
16 Dekabr 2016 11:50

"Bölgələrdən və beynəlxalq istiqamətdən Bakıya gələn sərnişin qatarları vaxtında mənzil başına çatıb"
Şaxtalı və qarlı hava şəraiti Azərbaycan və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarının hərəkətinə maneçilik törətməyib. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib. Qurum rəsmisi bildirib ki, dekabrın 15-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürməsinə baxmayaraq, Azərbaycanın bölgələrindən və beynəlxalq istiqamətdən Bakıya gələn sərnişin qatarları vaxtında mənzil başına çatıb:
"Həmçinin, Bakı Dəmir Yolu Vağzalından bölgələr və digər ölkələr üzrə hərəkət edən qatarlar da vaxtında qəbul edilib. Bakı-Sumqayıt istiqamətində hərəkət edən sürət qatarı da qrafik üzrə hərəkətini davam etdirir, gecikmə halları olmayıb".
Oxunub : 1302
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
ŞƏRH YAZ












