Qarlı havaya görə metroda qatarların hərəkət intervalında dəyişiklik edilməyib

Bakıda müşahidə olunan intensiv qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişinlərin əsasən metrodan istifadəyə üstünlük verməsi qatarların intervallarında hər hansı dəyişikliyin edilməsinə zərurət yaratmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, məhz payız-qış mövsümünün tələblərinə əsasən, metropolitendə qatarların hərəkət intervalları maksimum azaldılır və yenilənmiş qrafiklə tənzimlənir: "Belə ki, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda (07:00-10:00, 17:00-20:00) 2 dəqiqə təşkil edir. Bununla əlaqədar, gur saatlarda xətlərin "28 May-Dərnəgül" və "28 May-İçərişəhər" sahələrində qatarlar arasında interval 4 dəqiqədir".
N.Paşayev əlavə edib ki, metropoliten qarlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyir. "Hava şəraiti ilə əlaqədar yaradılmış qərargah fəaliyyətini davam etdirir. Xüsusilə depodan çıxan və depoya qayıdan qataraların yollarında hər hansı problemin yaranmaması üçün yerüstü xətlərdə təmizləmə işləri yerinə yetirilir. Gecədən artıq həm depo yolunda (üstüaçıq ərazi), həm də bütün stansiyaların giriş-çıxışları təmizlənir. Qarın intensiv yağması nəticəsində bəzi stansiyaların giriş-çıxışlarında yenidən qarın olması mümkündür. Buna baxmayaraq, briqadalar işlərini davam etdirirlər. Bu tədbirlər gün ərzində də davam etdiriləcək", - deyə N.Paşayev qeyd edib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










