Qarnından yaralanan azərbaycanlı kapitan belə xilas olundu - VİDEO

Türkiyənin Sahil Mühafizə Qüvvələrinin Samsun bölgə komandanlığı açıq dənizdə qarnından yaralanan azərbaycanlı gəmi kapitanını xilas etmək üçün vertolyot qaldırıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Sahil Mühafizə Qüvvələrinə Samsun sahillərindən 100 mil məsafədə Komor adaları bayrağı altında üzən quru yük gəmisinin ikinci kapitanının naməlum səbəblərlə qarnından yaralandığı haqda Səhiyyə Nazirliyindən siqnal daxil olub. Azərbaycan vətəndaşı olan kapitanı xilas etmək üçün əməliyyat başladılıb və sahil mühafizə kateri sudan, vertolyot isə havadan gəmiyə yaxınlaşıb. Xilasedicilər quru yük gəmisinə qalxaraq yaralı kapitanı sahilə evakuasiya ediblər. O, Samsun Egitim və Araşdırma Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafidir. Quru yük gəmisinin Ukraynadan Trabzon limanına yük daşıdığı bildirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












