"Qatar Airways" bir neçə ölkəyə uçuşları ləğv edib

"Qatar Airways" aviaşirkəti diplomatik münasibətlərin korlanması səbəbindən bir sıra ölkələrə uçuşları ləğv edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, söhbət BƏƏ, Bəhreyn, Misir və Səudiyyə Ərəbistanına olan reyslərin ləğvindən gedir. Qeyd olunur ki, məhdudiyyət iyunun 6-dan başlayır. Həmin reyslərə bilet alan bütün sərnişinlərə alternativ marşrutlar və ya biletlərin dəyəri qədər təzminat vəd olunub. Bazar ertəsi birdən-birə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Liviya və Yəmən daxil olmaqla altı ərəb ölkəsi Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək, onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Bununla əlaqədar olaraq Qətərlə qurudan mövcud olan marşrutlar bağlanıb. Eyni zamanda, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ Dohaya öz dəniz limanları və hava məkanlarından istifadə etmək qadağası qoyub. Qətər isə bütün ittihamları qətiyyətlə rədd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












