"Qatar Airways" sərnişini müsəlmanların dini hisslərini təhqir etməkdə ittiham edib

Qətər milli aviaşirkətinin təyyarəsinin sərnişini oturacağının qoltuqaltı hissəsinə müsəlmanların dini hisslərini təhqir edən ifadə yazdığına görə həbs oluna bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 36 yaşlı Cozef Breslin "Qatar Airways" aviaşirkətinin təyyarəsi ilə biznes sinifdə Londona uçarkən qalmaqala səbəb olub. Uçuş zamanı təyyarədəki xidmət onu razı salmayıb, üstəlik, o, uçuşdan yorulub və bütün bunların yekununda oturacağının qoltuqaltı hissəsinə təhqiramiz ifadə yazıb. Təyyarə endikdən sonra D.Breslin eyni sözləri salfetə yazaraq onu təyyarədə müsəlman baş örtüyü ilə oturan iki sərnişinin arasına atıb. Hadisə iyulun 8-də baş verib, elə həmin olay zamanı da D.Breslin saxlanılıb. O, günahını etiraf edib, amma oktyabr 31-də hökm verilənə qədər girovla azadlığa buraxılıb.
İşə baxan hakim D.Breslinin həbs cəzası ilə üzləşə biləcəyini də istisna etməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












