"Qatar reysləri ilə bağlı yenilik Bakıdakı sıxlığı azaldacaq" – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Ötən gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən bayram günləri ilə əlaqədar dəmir yolu reyslərinin sayının artırılması barədə məlumat dərc etmişdik.
Avtosfer.az xəbər verir ki, dəmir yolları ilə bağlı yenilik əsasən Abşeron dairəvi marşrutuna tətbiq ediləcək. Belə ki, Bakıya qonşu şəhər və qəsəbələrdən üz tutan, eləcə də paytaxtdan həmin ərazilərə gedən sərnişinlər üçün bu nəqliyyatın daha əlverişli olması mqəsədilə reyslərin sayı artırılacaq. Bununla yanaşı, günün axşam saatlarına da əlavə reyslər təşkil ediləcək.
Mövzunu saytımızın sosial şəbəkə hesablarında canlı yayımda şərh edən Elməddin Muradlı deyib ki, atılan addımlar şəhərdəki mövcud sıxlığın qarşısını alacaq amillərdir:
“Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq. O cümlədən sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur. Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir. Bununla yanaşı səyahətlər həm əlçatan, həm də təhlükəsiz baş tutmuş olacaq.
Dəmir yollarındakı yükdaşımalar, yolları, asfaltı qoruyur. Sərnişindaşımalar digər nəqliyyat vasitələrindən daha perspektivlidir. Belə ki, bir vaqonun daşıya bildiyi sərnişini bir neçə avtobusla daşımaq mümkündür. Nəzərə alsaq ki, bir qatarda 8-10 vaqon olur və bu vaqonlarla sərnişin daşımaq daha əlverişlidir. Həmçinin, avtobus ekologiyaya zərər vuraraq sərnişin daşıdığı halda həmin 10-12 avtobusun daşıya biləcəyi sərnişinləri dəmir yolu ilə daşımaq daha məntiqlidir”.
Elməddin Muradlının canlı yayımda dəmir yolu ilə bağlı şərh verdiyi həmin hissəni sizə təqdim edirik:
Səfər
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
Maneələrə baxmayaraq, ABŞ Qrenlandiyaya sahib olmağı bacaracaq- SİYASİ ŞƏRHÇİ
Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI











