Qatar xətləri turizmin inkişafında yeni mərhələ olacaq

Bakı-Tbilisi-Qars, Bakı- İran dəmiryollarının açılışı kütləvi turizmin inkişafına təkan verəcək. Bunun üçün turist qatarlarının marşrutları işlənib-hazırlanmalıdır. Qatar xətləri turizmin inkişafında yeni mərhələ olacaq. Oxu.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov bildirib. O qeyd edib ki, yaxın gələcəkdə dəniz turizmi, o cümlədən kruizlər fəaliyyətə başlayacaq: “Xəzər dənizinin potensialından maksimum istifadə imkanları var. Bu, eyni zamanda, Xəzər dənizi sahili ölkələri ilə turizm əlaqələrini canlandıracaq və sıx iqtisadi münasibətlər yaradacaq. Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Dövlətin qayğı və diqqəti sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecmentlik Universiteti fəaliyyət göstərir. Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində turizm peşə məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində turizm peşə məktəbi və liseyi, Mingəçevir şəhərində turizm kolleci fəaliyyət göstərir. Azərbaycan Turizm Assosiasiyası respublikada ekskursiya bələdçilərinə tələbatı nəzərə alıb, öz nəzdində Bakı Ekskursiya Bürosu yaradıb. Bununla bərabər, ekskursiya marşrutları və mövzuları işlənib-hazırlanır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












