"Qatarda heç bir texniki problemi yoxdur" - Nəsimi Paşayev

Bu səhər metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda yaşanan həyəcanlı anların səbəbi məlum oldu. Avtosfer.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.az-a açıqlamasında, qatarda heç bir texniki problemin olmadığını bildirib: “Deməli “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar Nərimanov stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın ilk vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır. Ona görə də qatar “Gənclik” staniyasına gedib və sərnişinlər orada düşürdülüb. Qatarın hansı səbəbdən müəyyən olunmuş yerdə saxlamamsı isə araşdırılır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












