Qatarı partlatmaq istəyən silahlı şəxs məhv edilib

Ötən gecə Hindistan polisi Lakxnau şəhəri ətrafında keçirdiyi əməliyyat zamanı 8 nəfərin xəsarət alması ilə nəticələnən qatarın partladılmasında şübhəli bilinən terrorçunu məhv edib. Avtosfer.az "Report"a istinadən xəbəb verir ki, polislər həmin şəxsi və onun silahdaşlarını İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli sayırlar. Polislər silahlını Lakxnau şəhəri ətrafında yerləşən evlərin birində 12 saat ərində mühasirəyə alaraq təslim olmağa məcbur ediblər. Onlar bunun üçün gözyaşardıcı qazdan və tüstü buraxan şaşkalardan istifadə ediblər. Ancaq terrorçu onlara atəş açaraq təslim olmaqdan imtina edib. Məlumata görə, öldürülən terrorçunun adı Saifulladır. O, dünən Madxya-Prateş ştatında qatarın partladılmasında şübhəli bilinir. Xəbərdə bildirilib ki, artıq qatarın partladılması ilə bağlı 5 nəfər saxlanılıb, digər 3 nəfərin axtarışı isə davam edir. Qeyd edək ki, martın 7-də Madxya-Prateş ştatında, Bxopal-Udcayn istiqamətində hərəkət edən sərnişin qatarında partlayış baş verib. Nəticədə ən azı 9 nəfər xəsarət alıb. Polis kustar üsulla hazırlanan partlayıcı qurğunun qatarda işə düşdüyünü açıqlayıb.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












