Qatarın altında qalan körpənin 1 yaşı varmış - Qardaşının isə 3...

Bu saatlarda Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub. Avtosfer.az xəbər verir ki, qatarda olan sərnişinlərin modern.az-a verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisində baş verib. Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən qoparıb. Qadının uşaqları da relslərin arasında qalaraq can verib. Onların intihar məqsədilə özlərini qatarın altına atdığı ehtimal olunur. Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist onu saxlaya bilməyib. Özünü qatarın altına atan qadının Zəyəm sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı olduğu bildirilib. Onun ölən övladları 3 yaşlı oğlu və 1 yaşlı qızı olub. Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Zəyəm kəndində dayanıb. Olay yerinə rayon prokuroru və çox sayda polis əməkdaşı gəlib. Araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












