Reklam

Qatarla rayonlara gedənlər biletləri 15% endirimlə alacaq – RƏSMİ AÇIQLAMA - VİDEO

Gündəm 23 Sentyabr 2024 21:05 Oxunub 726
Qatarla rayonlara gedənlər biletləri 15% endirimlə alacaq – RƏSMİ AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bugündən etibarən Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdaar Cəmiyyəti (QSC) yeni proqramın tətbiqinə başlayır.

Avtosfer.az xəbər verir ki, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandıracaq. Proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək.

Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib ki, yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir.

“1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Qiymətlər alış tarixinə, həftənin gününə, bayramlara və oturacaq istiqamətinə görə müəyyən ediləcək. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır.

 

Artıq sərnişinlər ölkədaxili istiqamətlərdə səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər. Bu dinamik tarif modeli erkən bilet alan sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsi baxımından ADY üçün planlaşdırma imkanları yaradır. təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır.

 

Belə ki, artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər. Bu yenilik test rejimindədir və təqribən 1 həftə ərzində bir həftə ərzində mükəmməl şəkildə işləyəcək. 25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada qiymət siyasətinə dəyişiklik edir. Bu ilk olaraq müəyyən beynəlxalq standarlara uyğunlaşdırma, müştəri məmnuniyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, həm də təhlükəsizlik təminatı məsələlərini ön plana çəkmək üçün atılan addımdır. Dairə üzrə ən aşağı qiymətin 40 qəpik qaldırılması nəzərdə tutulmuşdur.”

 

Departament rəisi sonda qeyd edib ki, ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0.10–0.20 AZN arası artırılacaq.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh