Qatarlar Almaniyada nümayiş olunacaq - FOTO

Bu ilin sentyabr ayında İsveçrənin "Stadler Rail Group" şirkəti "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə istehsal etdiyi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarını Berlində (Almaniya) keçiriləcək "InnoTrans-2016" dəmir yolları infrastrukturuna dair beynəlxalq sərgidə nümayiş etdirəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un "Railway Gazette" istinadən verdiyi xəbərə görə, sərgi zamanı "Stadler Rail Group" həmçinin B.Britaniyanın "Direct Rail Services" operatorunun istifadəsi üçün "Beacon Rail" lizinq şirkəti tərəfindən sifariş edilən "A Class 88 EuroDual" elektrik-dizel lokomotivlərini, habelə İsveç Federal Dəmir Yollarının şəhərlərarası reyslər üçün sifariş etdiyi "EC250 Giruno" qatarlarını sərgiləyəcək.
Sərgi sentyabrın 20-dən 23-dək davam edəcək.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerli olacaq.
Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaq. Bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcək. Müqaviləyə əsasən, 2016-cı ilin iyul-avqust aylarında ilk 10 vaqonun sınaqdan keçirilməsi nəzərdə tutulub.
"Stadler Rail Group" şirkətində 6 100 əməkdaş çalışır və dünyanın səkkiz ölkəsində istehsal və xidmət müəssisələrinə malikdir. Şirkət metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edir.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı

















