Banner

Qax kəndlərinin yolları yenidən qurulur - FOTO-VİDEO

Gündəm 3 Avqust 2017 13:26 Oxunub 1197
Qax kəndlərinin yolları yenidən qurulur - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonda Pezidentin səfərinə ciddi hazırlıq görülür

Ölkə başçısı Cənab İlham Əliyevin şimal-şərq bölgəsinə planlaşdırılan səfəri çərçivəsində Qax rayonuna da gəlişi gözlənilir. Artıq Qax rayonunda Pezidentin səfərinə ciddi hazırlıq görülür.

Rayonun mərkəzi küçələri və parkları təmizlənir. Uzun illərdir ki, Qaxlıların şikayət etdiyi kənd yolları da artıq əsaslı təmir olunur. Əslən Qax rayonundan olan hüquq müdafiəçisi Əhməd Şahidov bu barədə sosial şəbəkələrdə video görüntülər yayıb. Həmin görüntülərdə Qax rayonunun Qum, Süskənd, Ləkit, Zərnə və Güllük kəndlərini birləşdirən 10 km məsafəlik yol əsaslı təmir olunur.

Qeyd edək ki, yaxın günlərdə ölkə başçısı İlham Əliyevin Qax rayonuna səfəri gözlənilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh