Qayda pozan deputatın kimliyi ilə bağlı yalan məlumat yaydılar

Bir neçə gün əvvəl Bakıda yol hərəkəti qaydalarını pozduğu üçün cərimə olunan deputatla bağlı məlumat yaymışdıq. Bildirmişdik ki, Milli Məclisdə müxalifəti təmsil edən millət vəkillərindən biri idarə etdiyi «Prado» markalı avtomobili Hüseyn Cavid prospektində avtobus dayanacağında park edib. Buna görə də, yol polisi həmin avtomobilin şəklini çəkərək 40 manat cərimə yazıb. Deputat isə bundan hiddətlənərək polisi cəzalandıracağını bildirib.
Bu gün bəzi saytlar həmin deputatın professor Musa Qasımlı olması barədə məlumat yayıb. Lakin Avtosfer.az saytı bildirir ki, həmin hadisənin Musa Qasımlı ilə heç bir əlaqəsi yoxdur. Birincisi, Musa Qasımlı «Prado» yox, «Chevrolet» markalı avtomobildən istifadə edir. İkincisi isə onun heç bir siyasi partiya ilə bağlığı yoxdur.
Həmin saytların diqqətinə çatdırırıq ki, Avtosfer.az saytına istinadən cəfəngiyyat yaymaq etik qaydalara sığmır. Çünki Avtosfer.az-ın yazdığı məlumatda qayda pozan millət vəkilinin adı açıqlanmayıb.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT













