Qazax-Kosalar avtomobil yolunun tikintisi başa çatıb – FOTO+VİDEO

Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun tikintisi yekunlaşıb. Azəravtoyol Açıq Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, avtomobil yolunun uzunluğu 8 km-dir. Avtomobil yolu uzun müddət təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində xüsusən payız-qış mövsümündə problemlər yaradırdı. Artıq bu ildən etibarən bu kimi problemlər yol boyu yaşayan sakinləri narahat etməyəcək. Çünki Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.
Yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə 2 metr enində çiyinlər də dazil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Tikinti layihəsi çərçivəsində 42 sm qalınlığında və 41.7 min m3 həcmdə yol əsasının tikintisi işləri aparılıb. Daha sonra 2 qat olmaqla ( 7+5 sm ) yolun 48 min m2 sahəsinə yeni asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 30 ədəd suötürücü borular tikilib ki, onların da ümumi uzunluğu 460 metr təşkil edir.
Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 42 ədəd yol nişanları quraşdırılıb, 4.1 min m2 yolcizgi və yolgöstərici xətlər çəkilib, həmçinin 1 yerdə avtobus dayanacağı tikilib. Avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib.
Yolun yenidən qurulması kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qazax rayonunun 2 yaşayış məntəqəsinin 6 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















