Qazaxda insanlar mağazalara buraxılmır - ŞİKAYƏT - FOTO

Qazaxda geyim mağazaları və bəzi ərzaq mağazaları, o cümlədən "Oba" marketin üzərinə "Covid pasportsuz giriş qadağandır!" elanı yazaraq vaksin vurdurmayan insanların girişini qadağan ediblər. Mağazaya buraxılmayan müştərilərdən biri Avtosfer.az-a məlumat verərək bildirib ki, Qazax avtovağzalının yanında yerləşən "Ucuzluq" geyim mağazasında da eyni hal yaşanır. Mağaza sahibi müştərilərə bildirir ki, onun obyekti iri ticarət mərkəzi kimi qeydə alınıb və buna görə də Qazax rayon Polis Şöbəsinin əməkdaşları vaksini olmayan insanların mağazaya buraxılmasına görə obyekt sahibinə cərimə yazır.
Qeyd edək ki, Nazirlər Kabinetinin sonuncu qərarına əsasən Covid-19 pasportu yalnız iri ticarət mərkəzlərinə (mall-lara) aiddir.
Qeyd edək ki, geyim və ərzaq dükanlarının ərazisinin böyük olması onun ticarət mərkəzi olması anlamına gəlmir.
Fərid














