Qazaxda mülki müdafiə məşqi keçirilib - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonunda yerləşən “Arkoz Qazax Sement Zavodu” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb edilən heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.
Məşqə FHN-in Gəncə Regional Mərkəzi və Qazax rayon Yanğından Mühafizə Hissəsinin, Qazax rayon Təcili Tibbi Yardım Stansiyası və Polis Şöbəsinin əməkdaşları, “Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbər və işçi heyəti cəlb olunub.
Məşq planına uyğun olaraq, baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar heyətin bu barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış “ekstremal vəziyyətin” nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyətlər simulyasiya olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr edilib.
Uğurla keçən məşqdən sonra çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Arkoz Qazax Sement Zavodu” MMC-nin direktoru Murat Çağlayan çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıblar.
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB
“Mənim corabımın qiyməti sənin maaşından çoxdur” - Tanınmış aparıcıdan diqqət çəkən paylaşım
















