Qazaxda polis əməkdaşları ilə şagirdlər arasında görüş keçirilib - FOTO

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənnlər Təmayüllü Məktəb-liseydə şagirdlərlə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”, “erkən nikah və onun fəsadları” və “dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Qərb bürosuna DİN mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qazax RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev çıxışında narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan danışaraq narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, respublikada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə Daxili İşlər Nazirliyi, onun Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları mühüm vəzifələri yerinə yetirirlər. Tədbirdə erkən nikahlara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb, dini radikalizm və onun fəsadları, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışılıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














