Qazaxın icra başçısı toylara qadağa qoyub? - Sakinlərdən ŞİKAYƏT
Gündəm 3 Avqust 2021 16:20 Oxunub 960
Qazaxın icra başçısı toylara qadağa qoyub? - Sakinlərdən ŞİKAYƏT

Qazax rayonunda həyət toylarının keçirilməsinə qadağalar qoyulması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Sakinlərin Avtosfer.az-a verdiyi məlumata görə Qazaxın Qaymaqlı kəndində öz həyətində toy edən şəxslərə icra hakimiyyəti tərəfindən qadağa qoyulub. Onlara bildirilir ki, Qazax rayon İcra Hakimiyyəti toyların yalnız restoranlarda keçirilməsinə icazə verir.

Qazax rayon İcra Hakimiyyətinin qaynar xəttindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, həyətində 50 nəfərədək məclis keçirmək istəyən şəxslər portaldan icazə almalıdırlar. Portalda qeydiyyata düşmədən həyətdə toy keçirilməsinə icazə verilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə bildirildi ki, həyətində 50 nəfərədək şənlik keçirmək istəyən şəxsin portaldan icazə almasına ehtiyac yoxdur. Yəni sərbəst şəkildə toy məclisini keçirə bilərlər.

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh