Qazaxıstan və İran Astara üzərindən dəniz daşımalarının həcminin artırılmasını nəzərdən keçirir

Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev və İran səfiri Əli Əkbər Cokar arasında keçirilən görüşdə nəqliyyat-logistika sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Avtosfer.az bu barədə "Report"a istinadən xəbər verir. "İran tərəfi Qazaxıstan ərazisində avtomobil yolu layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlı olduğunu və bunun nəqliyyat infrastrukturunu genişləndirməyə və tranzit daşımalarının həcmini artırmağa imkan verəcəyini bildirib", - məlumatda qeyd edilir. Həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib. Bu dəhliz Qazaxıstan və İranın Avrasiyada mövqelərinin gücləndirilməsi üçün əsas amil kimi nəzərdən keçirilir. Bundan başqa, tərəflər Astara və Aktau limanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib, dəniz nəqliyyatı ilə daşımaların həcminin artırılması üçün böyük potensialın olduğunu vurğulayıblar.
Qeyd edək ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA










