Qazaxıstanlı qonaqlar Bakı sərnişin vağzalında – FOTO

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizə gələn qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin, Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti Kanat Alpısbayev Bakı sərnişin vağzalına gəlib, yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov burada aparılan əsaslı təmir işləri haqqında qonaqlara ətraflı məlumat verib. Bildirib ki, 1884-cü ilin əvvəllərində istifadəyə verilən Bakı sərnişin vağzalı Avropa və Şərq memarlıq elementlərinin üzvi surətdə qovuşduğu orijinal arxitektura kompleksidir.
Cavid Qurbanov qeyd edib ki, bu ilin fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı dəmir yolu vağzalında aparılan yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.
Qazaxıstanın Baş nazirinin birinci müavini Askar Mamin Bakı sərnişin vağzalında aparlan yenidənqurma işlərini yüksək qiymətləndirib. Eləcə də Askar Mamin Bakı sərnişin vağzalını Astana sərnişin vağzalı ilə müqayisə edib və hər iki vağzalın müasirlik baxımından üstünlüklərindən danışıb.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
















