Banner

Qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

Gündəm 12 İyul 2024 19:48 Oxunub 668
Qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şəmkir rayonu, Ağ Dağlar yolunun yaxınlığında fəaliyyət göstərən, fərdi sahibkar Əliyev Nəriman Yalçın oğluna məxsus maye qazdoldurma məntəqəsinin istismarı təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün dayandırılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN əməkdaşlarının keçirdiyi yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Bildirilib ki, maye qazdoldurma məntəqəsində istismar olunan iki ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh