Qazi sürücü iki piyadanı öldürdü; "mən vurmamışam" dedi - DİN-dən AÇIQLAMA
Gündəm
20 Dekabr 2022 17:56

Oktyabrın 15-də Mingəçevir şəhəri A.İslamzadə küçəsində Həmid Həmidli idarə etdiyi “VAZ-21014” markalı avtomobillə əks hərəkət zolağına çıxması nəticəsində Azər Tağızadənin idarə etdiyi “KIA” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalar xəstəxanaya çatdırılsa da, aldıqları ağır xəsarətlərdən orada ölüblər.
"Unikal" xəbər verir ki, Həmid Həmidli Vətən müharibəsi qazisidir.
H.Həmidli piyadaları onun vurmadığını və işin düzgün araşdırılmadığını iddia edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cari ilin oktyabrın 15-də baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir. Vətəndaşın səsləndirdiyi iddialar müdafiə xarakterlidir, şəxsi mülahizələrə əsaslanır, hüquqi əsası yoxdur. Yol-nəqliyyat hadisəsi üzrə ekspertiza rəyi var. İstintaq hərəkətləri müvafiq rəyin əsasında aparılır. İki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi prosessual qanunvericiliyə uyğun olaraq icra edilir. Baş verən hadisənin görüntüləri cinayət işi materiallarına əlavə olunub.
Oxunub : 2852
DİGƏR XƏBƏRLƏR
31 Mart 2026 18:45
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
31 Mart 2026 18:36
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
31 Mart 2026 18:27
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
31 Mart 2026 17:33
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
31 Mart 2026 17:00
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
31 Mart 2026 14:53
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
31 Mart 2026 14:48
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...
31 Mart 2026 12:11
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
31 Mart 2026 09:35
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA
30 Mart 2026 22:24
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
30 Mart 2026 22:00
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
30 Mart 2026 18:12
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
ŞƏRH YAZ










