Qazın limitini keçənlərə şad xəbər - Yeni ildən sıfırlanacaq

Mavi yanacağa görə istehlakçıların il ərzində keçdiyi limit yeni ildən sıfırlanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə AzVision.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib. Qurum rəsmisi xatırladıb ki, Tarif Şurasının 22 dekabr 2016-ci il tarixli, 19 nömrəli qərarına uyğun olaraq sərf edilən təbii qazın dəyərinin 1700 kubmetri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır: “Qərar 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu il ərzində keçilən limit yeni ildən sıfırlanacaq. 2018-ci ildə 1700 kubmetr təbii qazın hər kubmetr dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq sərf edilən təbii qazın dəyəri isə hər kubmetr üçün 20 qəpiklə hesablanacaq”.
Qeyd edək ki, son günlər bəzi istehlakçılar qaza görə tətbiq edilən limitin yeni ildən sıfırlanmayacağını iddia edərək narahatlıqlarını ifadə edirdilər.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










