"Qəbələ" Bakı Metropoliteninə müraciət edib

"Qəbələ" klubu Bakı Metropoliteninə müraciət edib. Avtosfer.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizovun Report-a verdiyi məlumata görə, məktubda Bakı Metropoliteninin rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.
Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyalarının bağlanacağı ərəfədə - gecə saat 00 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında çatmayacaqlar. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib. Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












