Qəbələdə yeni istifadəyə verilmiş keçid zibilxanaya çevrilib - VİDEO

Qəbələdə bir neçə il əvvəl istifadəyə verilmiş keçid yararsız vəziyyətə düşüb. Avtosfer.az-ın məlumatına görə, divarlardakı üzlük daşlar sınıdırlıb, içərisinə tullantılar atılıb, keçid zibilxanaya çevrilib.
Bir neçə il əvvəl salınan və şəhərin əsas magistral yollarından birinin üzərində yerləşən keçid yararsız vəziyyətə düşüb. Divarlardakı üzlük daşlar və dəmir tutacaqlar sındırılıb. Keçid istifadəsiz qaldığı üçün sakinlər əllərinə keçən tullantıları ora atıblar.
Sakinlərin sözlərinə görə, keçid spirtli içki aludəçilərinin və səfil həyat tərzi sürən insanların məskəninə çevrilib. Bu səbəbdən də qadınlar və uşaqlar oradan keçməyə qorxurlar.
Məsələ ilə bağlı Qəbələ rayon İcra Hakimiyyətindən bildirildi ki, keçidlər ən yaxın zamanda təmir ediləcək. Artıq hazırlıq işləri də görülüb. Oradakı digər xoşagəlməz halların aradan qaldırılması üçün də aidiyyəti qurumlara tapşırıqlar veriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












