Qəhrəman şəhidimiz Vahib Əliyev - O, iki medalla təltif edilib - VİDEO

Vətən müharibəsində böyük şücaət göstərmiş igidlərimizdən biri də Vahib Əliyev olub.
Avtosfer.az xezerxeber.az-a istinadən bildirir ki, Vahib Əliyev 4 bacının bir qardaşı idi. Döyüşlərə könüllü olaraq yollanmışdı. Tək nigarançılığı anasından idi. Odur ki, döyüşlərdə olan zaman bacıları ilə danışanda onlara anasından müğayət olmalarını tapşırardı...
Vahib Ramiz oğlu Əliyev 24 mart 1997-ci ildə Sabirabadın Bulduq kəndində dünyaya göz açib.Vahib 2015-ci ildə atasını itirib, o vaxtdan anası ilə yaşayıb. Vahib anasına təkcə oğul yox, həm də dost, sirdaş olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanaraq vətənə olan borcunu yerinə yetirib. Sentyabr ayında başlayan Vətən mühribəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yola düşüb.
Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl istiqamətində aparılan döyüş əməliyyatlarında qəhrəmancasına iştirak edən Vahib düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.
Qubadlıya daxil olarakən güllə yarası alan Vahib irəliləmək istəsə də, komandirləri və hərbçi yoldaşları məsləhət bilməyib. Amma Vahib onlara "siz hara, məndə ora" deyərək Qubadlı uğrunda döyüşə girir. Oktyabr ayının 21-dən 22-nə keçən gecə şəhidlik zirvəsinə ucalır.
Qeyd edək ki, Vahib Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










