Qəhrəman tankçılar terrorçunu əzdilər - VİDEO

Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərinin yaxınlığında "canlı bomba"nın idarə etdiyi "şəhid-mobil"in böyük insan tələfatına səbəb olacaq partlayışının qarşısı alınıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Misir ordusunun tankı və iki zirehli avtomobilinin də hərəkət etdiyi yolda "şəhid mobil" hərbçilərə sürətlə yaxınlaşırdı. Tankın qarşısında avtomobili saxlayan terrorçu qərar qəbul edənədək tank hərəkətə gəlir və "şəhid-mobil"i əzir. Yoldakı avtomobillərdən düşən insanlar qaçmağa başlayırlar. Tank isə terrorçunun avtomobilini əzəndən sonra zirehli maşınların yanına qayıdır. Bu zaman "şəhid-mobil" partlayır. Partlayışda 3 nəfər həlak olub. Həlak olanların ikisi qadın, biri uşaqdır. Misirin Müdafiə Nazirliyi olay barədə rəsmi açıqlamasında bəyan edib ki, tankın heyətinin cəsarətli və qəhrəmancasına davranışı terrorçuların hücumunun qarşısını alıb. "Hərbçilər avtomobildəki partlayıcı qurğunun mexaniki dağılması nəticəsində partlayışın baş verməməsinə çalışıblar. Bundan başqa, tankın heyəti yoldakı insanları xilas etmək üçün mümkün partlayışın episentrinə doğru hərəkət edib", - nazirliyin açıqlamasında deyilir. "Şəhid-mobil"də 100 kq partladıcı maddə vardı. Əgər terrorçuların planları baş tutsaydı, yoldakı postda və yük maşınları karvanında olan 60 insan həlak olacaqdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












