Qələbə gününün ilk şəfəqlərində Şəhidlər xiyabanı... - VİDEO

Gündəm 10 Noyabr 2020 11:52
Qələbə gününün ilk şəfəqlərində Şəhidlər xiyabanı...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə şanlı qələbəmizi və Ermənistanın kapitulyasiyasını elan etdikdən sonra paytaxtımızın minlərlə sakini ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışıb.

Səhər saatlarında izdihama bölgələrdən gələn insanlar da qoşulub.

Müzəffər Ali Baş Komandanın portretlərini başları üzərinə qaldıran və üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Ali Baş Komandan” kimi şüarlar səsləndiriblər. 

Baku TV xalqımızın müqəddəs bildiyi Şəhidlər xiyabanında olaraq, xalqımızın düşüncələrini öyrənib:

 

Oxunub : 1950
ŞƏRH YAZ
Ad

E-mail

Şərh