Qərargah: Alpinistlərin axtarışları hələ heç bir nəticə verməyib

“Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib”. Bu barədə “Report”a Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib. Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: “Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təssüf ki, nəticə yoxdur. Heyətə gəlincə, gündəlik say dəyişir. Kimsə yorulur, xəstələnir, o çıxarılır, əvəzinə başqa adam salınır. Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə də axtarışlar davam etdirilir”.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












