Qərargah: "Uçmuş estakada qalıqlarının çıxarılması həyata keçirilir"

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Qərargahdan verilən məlumata görə, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində yaxından iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik olan “Şirvan-3” kran gəmisi vasitəsilə uçmuş estakada qalıqlarının çıxarılması həyata keçirilir. İndiyə kimi, çoxsaylı qaldırma əməliyyatları ilə estakada qalıqlarının müəyyən hissəsi sudan çıxarılıb. 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu istiqamətdə işlər davam etdirilir. Estakada qalıqlarının təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır. Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutka boyu, ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir. Eyni zamanda, göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” və “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır.
Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.
FHN-in Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, Nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI



















