“Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq”

“Azərbaycanda xalq-iqtidar birliyi sabitliyin əsasını təşkil edir. Biz bunun qorunması üçün lazımi tədbirlər görürük. Daxili İşlər Nazirliyi Prezident seçkiləri ilə bağlı proqram hazırlayıb. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün ayıq-sayıqlıq tələb olunur”. “Report”un xəbərinə görə, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Nazir müavini qeyd edib ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi təmin olunacaq: “Səsvermə günü də seçki məntəqələrinin təhlükəsizliyi təmin ediləcək. Beynəlxalq müşahidəçilərin təhlükəsizliyi ilə polislərin dislokasiyalarına dəyişiklik ediləcək. Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq. Etik davranış qayadaları tam nəzarətdə olacaq. Ədavətə çağırışların, dini, irqi ayrı seçkiliklə bağlı çağırışların qarşısı alınacaq”.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












