Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində oktyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb. Avtosfer.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Fidan
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












