Qəza qurbanları yad edilir - FOTO - VİDEO - YENİLƏNİB

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi ehtiramla anılıb.
Avtosfer.az xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti qəza nəticəsində həlak olanların əziz xatirəsini ehtiramla anıblar.
Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
***
Bu gün Azərbaycanın bütün rayonlarında olduğu kimi, Samuxda da AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Avtosfer.az xəbər verir ki, saat 12:00-da rayon ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
İnsanlar həlak olanların xatirəsinə ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
***
Xəbər verdiyimiz kimi, Aktauda baş verən təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın hər yerində saat 12.00-da sükut elan olunub.
Gəncə şəhərindən sükut dəqiqəsinin görüntülərini təqdim edirik:
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib



















