Qəza törədən "Kamaz” sürücüsünə hökm oxunub - 5 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rahib Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında R.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və sürücünün məhkəmə zalında həbs olunmasını istəyib. Son sözlə çıxış edən R.Vəliyev məhkəmədən onun bağışlanmasını xahiş edib. Hakim bildirib ki, təqsirləndirilən şəxs zərərçəkmişin yaxınları ilə barışıb, dəymiş zərəri ödəyib. O, məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Vəliyev cəzasını məntəqə tibli cəzaçəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, hadisə ötən il iyulun 28-də saat 20:00 radələrində Quba rayonunun Digah kəndi ərazisində baş verib. Kənd sakini R.Vəliyev idarə etdiyi "Kamaz” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib. Bu zaman "Kamaz" həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub. Qəza zamanı B.Atluxanova hadisə yerində ölüb, S.Tahirova isə xəstəxanaya yerləşdirilib. S.Tahirovanın həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












