Qəzada ağır yaralanan məktəblidən xəbər var – RƏSMİ

Xəbər verdiyimiz kimi ötən həftə Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb. Qəza nəticəsində məktəblilərdən biri ağır xəsarət alaraq Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnistutuna yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən Elnur Qasımovun səhhəti ilə bağlı Avtosfer.az-a məlumat verən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Günay Quluzadə məktəblinin qarşıdakı günlərdə əməliyyat olunacağını bildirib:
“Bakı-Şamaxı yolunda baş verən nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərdən biri TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi Tədqiqat Tarvmatologiya və Ortopediya İnstituna yerləşdirilib. Sözügedən şəxs Elnur Qasımov həkimlərimiz tərəfindən müayinə edildikdən sonra ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Müayinə zamanı uşaqda kəllə-beyin travması ilə bağlı şübhə yaranıb. Bundan sonra TƏBİB-in tabeliyində fəaliyyət göstərən Uşaq Nevroloji Xəstəxanası tərəfindən mütəxəssis dəvət olunub. Mütəxəssisin rəyinə əsasən, xəstənin bu həftənin çərşənbə axşamı əməliyyat edilməsi gözlənilir”.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










