Qəzada diri-diri yanan şəxsi MTN-in maskalıları necə qaçırıbmış? - ŞOK DETAL

Bir neçə gün əvvəl Zığ yolunda baş verən faciəli qəzada yanaraq ölən şəxslərdən Gülağa Quliyevin MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs olduğu ortaya çıxıb. Lent.az-ın məlumatına görə, Gülağa Quliyev "Real MTK" epizodu üzrə İlham Qasımovun şəriki olmuş Namiq Orucovun sürücüsü olub. O, istintaqda zərərçəkmiş şəxs qismində tanınıb. İstintaqla müəyyən edilib ki, İlham Qasımovun bacısı oğlu toyu zamanı qara maskalılar tərəfindən qaçırılarkən Gülağa Quliyev də saxlanılaraq MTN-ə aparılıb. Gülağa Quliyev ötən həftə Çovdarovun işi üzrə məhkəmədə ifadə verib. O, ifadəsində heç bir şikayətinin, tələbinin olmadığını deyib: "2015-ci ildə İlham Qasımovun bacısı oğlunun toyuna Namiq Orucovla birgə getmişik. Orada söz-söhbət düşdü və saxlanıldıq. Daha sonra isə günahsız yerə tutulduğum məlum oldu. Nəticədə isə sərbəst qaldım".
Həmçinin, Gülağa Quliyev məhkəmədə restorana maskalı şəxslərin daxil olmadığını da deyib.
Qeyd edək ki, aprelin 12-də Zığ yolundan hava limanına gedən istiqamətdə qəza baş verib. Qəza nəticəsində "VAZ-2104" markalı avtomobildə olan 3 nəfər yanaraq ölüb. Yanğın nəticəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1973-cü il təvəllüdlü Gülağa Quliyev və sərnişinlər - 1973-cü il təvəllüdlü Elçin Sadıqov və onun qardaşı, 1968-ci il təvəllüdlü Namiq Sadıqov Səbbar oğlunun yanmış meyitləri xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












