Qəzada həlak olan hərbçilərimizin cənazələri bu gün ailələrinə təhvil veriləcək - VİDEO
Gündəm 1 Dekabr 2021 10:47 Oxunub 252
Qəzada həlak olan hərbçilərimizin cənazələri bu gün ailələrinə təhvil veriləcək - VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri bu gün ailələrinə təhvil veriləcək.

Hazırda onların yaxınları Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qarşısındadır.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Baku TV-nin videosunu təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh