Qəzada ölən icra başçısı köməkçisinin şəriki olan polis kimdir? - ''Şərəfsizlikdir''

Polis zabitinin adı icra başçısının faciəvi şəkildə həlak olan köməkçisinin şərikli əmlakını ələ keçirməkdə hallandırılır. Hətta mərhum köməkçinin ölüm işinin araşdırlmasında həmin polisin səlahiyyətlərindən istifadə edərək araşdırılmasına mane olduğu iddia olunur.
Avtosfer.az xəbər verir ki, bu barədə criminal.az-a daxil olan məlumata görə, cərəyan edən bütün hadisələr Göranboy rayon icra başçısının köməkçisi Fuad Əliyevin dəhşətli yol qəzasında ölümündən sonra başlayıb. Yol qəzası ötən il dekabrın 9-da rayonun Qarqucaq kəndində baş verib.
Fuad Əliyevin idarə etdiyi ''Niva'' və ''VAZ-21011'' markalı avtomobillər toqquşub. Qəza zamanı F.Əliyev və Abbasqulular kənd sakinləri olan 31 yaşlı Elsevər Musayev və 26 yaşlı Rəşad Kazımov dünyasını dəyişiblər. Qəzaya səbəb kimi də "Niva"markalı maşının sürət həddini keçməsi iddia olunur.
Bildirilir ki, "Niva" markalı maşın Goranboy rayon cinayət-axtarış bölməsinin əməliyyatçı vəzifəsində işləyən baş leytenant Nahid Əliyevə məxsus olub. N.Əliyevlə mərhum F.Əliyevin şərikli biznesləri olub. Rayon ərazisindəki BUTA qəlyan-çay evi, POSU uşaq mağazası, ''Hyundai'' avtomobilləri üşün ehtiyat hissələri mağazasını birlikdə işlədiblər. Avtomobil qəzasından sonra N.Əliyev Fuadın həyatda olmamasından istifadə edərək bütün məsuliyyəti öz üzərindən atmağa çalışır. Mərhumla şərikliyini danaraq hətta "Niva" markalı maşının da özünə məxsus olmadığını iddia edir. Fikirləşir ki, bu yalançı cəhdlərlə məsuliyyətlərin yaxasını qurtaracaq. Hazırda Goranboy RPŞ-nin vəzifəli şəxsləri də öz "paqon" yoldaşlarını müdafiə edirlər. Ancaq nə vaxta qədər...?

N.Əliyev Criminal.az-a açıqlamasında bildirdi ki, o, F.Əliyevlə heç bir biznesdə şərik biznesi olmayıb. Onun haqqında mətbuata sızdırılan məlumatlari imicinə zərbə vurmağa hesablanıb. N.Əliyevin sözlərinə görə, F.Əliyevin qəzaya düşdüyü ''Niva'' markalı avtomobil də şəkir alınmayıb, onun qardaşına məxsusdur: ''Fuadın adının burda hallandırılması şərəfsizlikdir. Maraqları ancaq məni ləkələməkdir. Mənə və Fuada məxsus olduğu deyilən obyektlərlər də bağlı yazılanlar qərəzdir. Həmin obyektlər yerləşən ikimərtəbəli bina atama məxsusdur. Atam həmin binanı icarəyə verib. Həmin binada icarə yolu ilə müxtəlif obyektlər yerləşir.
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Bu gün Sumqayıtda 14 min abonentin qazı kəsiləcək
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO










