Qəzada ölən MTRŞ əməkdaşı haqqında ÜRƏKDAĞLAYAN MƏLUMAT

Dünən Xətai rayonu Zığ dairəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı tanınmış vəkil, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadə 10-A-919 dövlət nömrə nişanlı motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Motosiklet hərəkətdə olan 90 FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində vəkil Toğrul Mirzəzadə dünyasını dəyişib. Avtosfer.az modern.az-a istinadla xəbər verir ki, mərhum ailəli olub. Toğrul Mirzəzadənin 2 qız övladı var. Yaxınlarının sözlərinə görə, əslən Cəlilabad rayonundan olan Toğrul Mirzəzadənin ailəsində bu günlərdə çox əlamətdar hadisə qeyd olunub. "Toğrul Mirzəzadə çox ailəcanlı insan idi. Ailəyə, uşaqlara çox bağlı idi. Düzdü, o qədər də çox yaşı yox idi. Amma övlad toyu görməyi Allah qismət etmişdi. Hətta, bu yaxınlarda nəvəsi dünyaya gəlmişdi. Gənc yaşda baba olmağına çox sevinirdi". Qeyd edək ki, Toğrul Mirzəzadə Vəkillər Kollegiyasının üzvü olmaqla yanaşı, Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin əməkdaşı olub. O, 2015-ci ildən MTRŞ-da çalışıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












