Qəzada yaralananların adları məlum olub

Mingəçevirdə sərnişin avtobusu ilə "Kamaz" markalı yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Xəsarət alan sərnişinlərin adları məlum olub. Hadisə nəticəsində 5 nəfər xəsarət alsa da, vəziyyəti ciddi olan sərnişinlərdən 4-nə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi müdaxilə olunub. Hazırda 1955-ci il təvəllüdlü Yevlax rayon Havarlı kənd sakini Rahilə Nadir qızı Həsənova, 1984-cü il təvəllüdlü Yevlax rayon Xaldan kənd sakini Rahim İlqar oğlu Əsədov, 1979-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Natavan Muxtar qızı Hüseynova və 2000-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Sevda Cəsur qızı Hüseynovanın vəziyyəti həkimlər tərəfindən qənaətbəxş qiymətləndirilir. Sevda Hüseynova artıq evinə buraxılsa da, digər üç nəfər zərərçəkmiş müalicəsini xəstəxanada davam etdirir. Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində təhqiqt aparılır.
“Report”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












