Qəzalara səbəb olan yol nişanını kim GİZLƏDİB? - VİDEO

Bakıda bəzi yol nişanları sürücüləri çaş-baş salır. Narazılığa yol açan əsas məqam isə ya yol nişanlarının gözəgörünməz yerlərdə quraşdırılması, ya da bəzi hallarda onların qarşısında olan maneələrdir.
Bizim.Media belə bir fakta Nəsimi rayonunun Füzuli küçəsində rast gəlib.
“28 Mall” ticarət mərkəzinin yaxınlığı hesab olunan həmin küçədə piyada yol nişanı sürücülər tərəfindən görülmür.
Buna səbəb nişanın yarpaqların arasında gizlənərək görünməz olaraq qalmasıdır. Bu vəziyyət yolda hərəkət edən sürücülərə ciddi maneə törədir, hətta qəzalara səbəb yaratmış olur. Ağac böyüyüncə, qol-budaq atınca, həmin nişan daha da görünməz hala gəlir.
Sürücülərin bildirdiyinə görə yalnız diqqətlə baxanda həmin nişanı görmək mümkündür. Həmin yoldan mütəmadi istifadə edən sürücülər də az-çox orada yol nişanı olduğunu bilirlər. Amma sözügedən yoldan istifadə etməyənlər və ya ilk dəfə o ərazidə hərəkət edən sürücülər ağacın arasında gizlənmiş yol nişanına diqqət edə bilmirlər.
Hansı ki, xüsusi yol nişanı piyadaların keçməsi üçün quraşdırılıb. Qaynar məkan sayılan həmin küçə isə piyadaların kütləviliyi ilə seçilir.
Qeyd edək ki, yollarda nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək üçün həm hərəkət zolaqları, həm də yol nişanları aydın görünməli və oxunmalıdır. Ümid edirik aidiyyəti qurumlar bu problemi nəzərə alacaq.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI













