Qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb - FOTO

Biləsuvar rayonunda qəzalı vəziyyətə düşən körpüdə təmir işləri başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bir aydan çox idiki qəzalı vəziyyətə düşən və təmirə bağlanan körpü yaxın günlərdə istifadəyə veriləcək. Ələt-Astara magistralının 91-ci kilometrliyində Biləsuvar rayonu ərazisindəki kololektorun üzərində yerləşən körpünün qəzalı vəziyyətdə olması uzun müddət idi ki həmin istiqamətlərdə nəqliyyatın hərəkətində problemlər yaradırdı. Sürücülər Biləsuvar rayonu ərazisindən keçərkən çətinliklərlə üzləşirdilər. Xatırladaq ki, 1973-cü ildə inşa olunan yol qovşağı ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yararsız vəziyyətə düşmüşdü. Ümumi uzunluğu 30 metr, eni 8 metr olan körpünün dayaq hissəsi sıradan çıxmışdı. “Azəravtoyol” ASC tərəfindən körpünün dayaq və dəmir-beton plitələri yeniləri ilə əvəzlənərək əsaslı təmir olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















