Qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb - FOTO

Lənkəranda yağan intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdə təmir işlərinə başlanılıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ötən gün rayon ərazisində yağan intensiv yağıntı çaylarda suyun səviyyəsinin artması, kiçik çay və kollektorların daşması ilə nəticələnib. Rayon ərazisində Girdəni çayı üzərindəki körpüdə qəzalı vəziyyət yaranıb. Belə ki, körpünün piyada keçidi hissəsi çöküb. Körpünün bir tərəfində torpaq qatını sel suları yuyaraq çökməyə səbəb olub. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini Möhübbət Babayev bildirib ki, yolda nəqliyyatın intensivliyi nəzərə alınaraq təcili tədbirlər görülüb: "Yol - İstismar İdarəsinin təmir briqadası körpünün mühafizə bəndində möhkəmləndirmə işləri apararaq, həmin hissəyə beton plitələr düzüblər. Bu barədə İcra Hakimiyyəti tərəfindən "Azəravtoyol" ASC -nin rəhbərliyinə məktubla müraciət edilib. Yaxın günlərdə körpünün tam təmir olunacağı söylənilib."
Qeyd edək ki, körpüdə nəqliyyatın hərəkəti dayanmayıb. Yalnız, körpünün piyada keçidi hissəsində hərəkət qadağan olunub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















