Qəzalı vəziyyətə düşmüş körpü təmir olunacaq - VİDEO

Girdimançay çayı üzərində yerləşən, Ağsu və Kürdəmir rayonlarını birləşdirən körpü qəzalı vəziyyətdədir.
Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, körpüdə iri yarıqlar və çalalar yaranıb. Yerli sakinlər qeyd ediblər ki, burada dəfələrlə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlanılıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, məsələdən xəbərdardırlar, bu barədə tədbir görüləcək:
“Yolda yaranmış çalalar son yağıntılardan sonra əmələ gəlib. Hava şəraiti təmirə imkan vermirdi. Artıq tapşırıq verilib, qısa zamanda tədbir görüləcək”.
Qəzalı körpünün görüntülərini təqdim edirik:
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI
Bu yollarda tıxac var - SİYAHI
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR








