"Qəzanın təfərrüatları istintaq tamamlandıqdan sonra məlum olacaq" - Teymur Musayev

Təyyarə qəzası nəticəsində həyatını itirən şəxslərin nəşlərinin Azərbaycana gətirilməsi və dəfn olunması üçün bütün zəruri addımlar atılmaqdadır. Qazaxıstanda müvafiq hüquqi və kriminalistik araşdırmaların tamamlanmasının ardından nəşlər Azərbaycana gətiriləcək və aidiyyəti üzrə dəfn olunacaq.
Avtosfer.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qəza nəticəsində həyatını itirən şəxslərin ailələrinə başsağlığı verib. O, hadisənin başvermə səbəbləri ilə bağlı ilkin araşdırmaların davam etdiyini vurğulayaraq deyib: “Hazırda bu mövzuda dəqiq açıqlama verilməsi mümkün deyil və hadisənin bütün təfərrüatları yalnız istintaq tamamlandıqdan sonra məlum olacaq. Azərbaycan dövləti Qazaxıstanla sıx əlaqədə, həmvətənlərimizin müalicəsi və dəstəklənməsi üçün bütün mümkün tədbirləri davam etdirəcək”.
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO












